Dünya
334
7-01-2023, 23:48

Ukraynada atəşkəs 36 saatdan çox davam etməlidir - Kalın

Türkiyə Ukraynada atəşkəsin uzadılmasına ümid edir.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Bizim fikrimizcə, atəşkəs 36 saat deyil, daha çox davam etməlidir. Hələlik bu məsələ ilə bağlı tərəflərin vahid qərarı qəbul edilməyib. Bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. Türkiyə münaqişəyə son qoymaq üçün dialoqa şərait yaratmaq üçün hər cür səy göstərməyə hazırdır”, - Kalın bildirib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər