SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Ukrayna Avropadan enerji idxalına başladı

Ukrayna Avropadan enerji idxalına başladı

11.01.2023 21:19 313
Ukrayna elektrik enerjisini Avropadan idxal etməyə başlayıb.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko bildirib.

“Hazırda idxal azdır, lakin yanvarın 1-dən həyata keçirilir. Üstəlik, biz müəssisələrin alışına şərait yaratmışıq və bu, müvafiq olaraq tədarüklərə və onların mümkün tədarük məhdudiyyətlərinə təsir edəcək”, - nazir söyləyib.

Nazirin sözlərinə görə, gələcəkdə idxalın həcmi zədələnmiş şəbəkələrdə bərpa işlərinin gedişindən və işğalçıların enerji obyektlərinə mümkün yeni zərbələrindən asılı olacaq.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?