Dünya
386
14-07-2022, 22:51

Rusiyanın Azərbaycandakı səfiri Şuşaya səfər edib

“Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtına - Şuşa şəhərinə səfər edib”.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, diplomat Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhər, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

“Səfir işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrini şəxsən görüb”, - A.Kərimov qeyd edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər