SON DƏQİQƏ
Bakunews.tv » Dünya » İran Rusiya istehsalı döyüş təyyarələri alıb

İran Rusiya istehsalı döyüş təyyarələri alıb

04.09.2023 10:10 204
Rusiya istehsalı olan ilk “Yak-130” döyüş təlim təyyarələri İrana gətirilib.

Bu, Tehranın son bir neçə onillikdə aldığı ilk hərbi təyyarələr olub.

Hələlik yeni təyyarənin İran Hərbi Hava Qüvvələrinə çatdırılması ilə bağlı rəsmi açıqlamalar olmasa da, görüntülər sosial mediada yayılıb. Burada İran Hərbi Hava Qüvvələrinin İsfahandakı 8-ci taktiki aviabazasının yolları ilə hərəkət edən iki “Yak-130” göstərilir.
Təyyarə üç ton silah daşımağa qadirdir və iranlı pilotlara 4-cü və 5-ci nəsil qırıcıları idarə etməyi öyrətmək üçün nəzərdə tutulub.

Mənbə: rg.ru
Xəbəri necə qiymətləndirirsiniz?