SON DƏQİQƏ
Bakunews.tv » Dünya » "Vəziyyətin nəzarətdən çıxması ehtimalı var" - Abdullahian

"Vəziyyətin nəzarətdən çıxması ehtimalı var" - Abdullahian

19.10.2023 20:55 169
“Bölgə barıt çəlləyinə bənzəyir, partlayışın baş verməsi, vəziyyətin nəzarətdən çıxması ehtimalı var”.

bakunews.tv Report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 19-da Səudiyə Ərəbistanının Ciddə şəhərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasında müzakirə olunan məsələlərdən, HƏMAS-İsrail qarşıdurması nəticəsində baş verən hadisələrdən danışıb.

Nazir bildirib ki, iclasda hərbi cinayətlərə dərhal son qoyulmasının vacibliyi ilə bağlı razılıq əldə olunub.
Xəbəri necə qiymətləndirirsiniz?