Gündəm / Dünya
190
20-12-2023, 16:40

NATO Ukrayna ilə bağlı TOPLANIR

NATO Ukrayna ilə bağlı TOPLANIR


NATO-nun Hərbi Komitəsi yanvarın 17-18-də Brüsseldə Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

"İclasda ilk dəfə olaraq Ukrayna-NATO Şurası formatında görüş keçiriləcək", - mesajda deyilir.

Tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq, onun müavini Mirça Coana, o cümlədən siyasət və hərbi məsələlər üzrə ekspertlər çıxış edəcəklər.

İştirakçılar arasında müttəfiq ölkələr, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya da olacaq.(Musavat.com)
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər