SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Ərəstun Oruclu da prezidentliyə namizədliyini verir

Ərəstun Oruclu da prezidentliyə namizədliyini verir

25.12.2023 17:50 245
Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək.

Bu barədə o, feysbuk hesabında məlumat paylaşıb.

“Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”,- politoloq qeyd edib.

Qeyd edək ki, indiyədək Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırkı dövlət başçısı İlham Əliyev, Zahir Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayevin növbədənkənar Prezident seçkiləri üçün namizədliklərinin irəli sürülməsi təsdiqlənib.
Xəbəri necə qiymətləndirirsiniz?