SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Analıq məzuniyyətinin müddəti artırıla bilər

Analıq məzuniyyətinin müddəti artırıla bilər

18.01.2024 09:46 220
Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib.

O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür:

“Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin müddətin 140 günə çatdırılması təmin edilə bilər. Bunun ilk növbədə büdcə yükü müəyyənləşdirilməlidir. Məsələnin həlli üçün müvafiq qurumlarla işləmək lazımdır”.
Xəbəri necə qiymətləndirirsiniz?