SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

30.01.2024 21:59 248
Xəbər verdiyimiz kimi, Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub.

Həbs edilənlərdən biri də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovdur.

Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun, həmçinin tanınmış sahibkar Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
Xəbəri necə qiymətləndirirsiniz?