SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » İlham Əliyev sabah and İÇƏCƏK

İlham Əliyev sabah and İÇƏCƏK

13.02.2024 21:01 260
Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində qalib gələn İlham Əliyev sabah and içəcək.

“Unikal”ın əldə etdiyi məlumata görə, andiçmə mərasimi Milli Məclisdə keçiriləcək.


Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı və İlham Əliyevin Prezident seçilməsini rəsmən elan edib.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Xəbəri necə qiymətləndirirsiniz?