SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Edi Ramanın Azərbaycana səfəri başa çatdı

Edi Ramanın Azərbaycana səfəri başa çatdı

01.03.2024 20:30 339
Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri martın 1-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
Xəbəri necə qiymətləndirirsiniz?