SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Goranboyda şagirdlər arasında insident: bıçaqlanan var

Goranboyda şagirdlər arasında insident: bıçaqlanan var

03.04.2024 15:43 246
Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, şagirdlər bir-birinə xəsarət yetirib:

"2007-ci il təvəllüdlü Ayxan Məhəmməd oğlu Şeyxov döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb. Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
Xəbəri necə qiymətləndirirsiniz?