SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Universitet dekanı VƏFAT ETDİ

Universitet dekanı VƏFAT ETDİ

13.04.2024 11:24 584
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, mərhum alimlə vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.

Məlumat üçün bildirək ki, A.Fərəcov 1958-ci ildə anadan olub. O, 1975-1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitet) Mexanika-riyaziyyat fakültəsində, 1978-1980-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1980-1983-cü illərdə isə həmin təhsil müəssisəsində Mexanika-riyaziyyat fakultəsinin əyani doktorant səviyyəsi üzrə təhsil alıb. 1980-ci ildə indiki AMEA-nın Riyaziyyat-mexanika institutunda elmi işçi, 1983-cu ilin dekabrından Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsində müəllim, 1994-1996 Türkiyənin İstanbul Universitetində dosent, 1996-2019-cu illərdə BDU mexanika-riyaziyyat fakültəsində dosent, 2019-ci ildən isə ADPU riyziyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.
Xəbəri necə qiymətləndirirsiniz?