SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Ukrayna Belqorodu vurdu: dağıntılar var

Ukrayna Belqorodu vurdu: dağıntılar var

16.08.2024 11:08 172

Ukrayna ordusu PUA-larla Belqorod vilayətinə hücum edib.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Qrafovka kəndinə ziyan dəyib:

“Drondan atılan partlayıcı qurğu özəl sektorlardan birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb”.
Xəbəri necə qiymətləndirirsiniz?