SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Generalın qardaşının əvəzedicisi də İŞDƏN ÇIXARILDI

Generalın qardaşının əvəzedicisi də İŞDƏN ÇIXARILDI

01.07.2023 15:11 284
Sabunçu Tibb Mərkəzinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Cahangir Həsənov işdən çıxarılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov idi. O, bir müddət əvvəl işdən çıxarılmış və vəzifəsinin icrası müvəqqəti olaraq Cahangir Həsənova həvalə edilmişdi.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?