SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Numan Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib -

Numan Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12.07.2023 12:16 368
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Numan Kurtulmuş Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini də ziyarət edib.



bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?