Hadisə
381
19-07-2022, 15:28

Bakıda yaşayış evində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bakunews.tv-ya report-a istinadən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

bakunews.tv
Son xəbərlər