SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » İki yük avtomobili toqquşub, ölənlər var

İki yük avtomobili toqquşub, ölənlər var

23.07.2022 15:35 410
Siyəzəndə iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bakunews.tv-ya milli.az-a istinadən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində "Ford" və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?