Hadisə
398
25-07-2022, 14:35

Hacıqabul rayon sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəsul Baxşıyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 480 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər