SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » 20 yaşlı sürücü sükan arxasında qəfil öldü - Foto

20 yaşlı sürücü sükan arxasında qəfil öldü - Foto

08.08.2024 11:59 231
Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

bakunews.tv xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?