Hadisə / Video
50
4-09-2026, 13:20

Avtomobil şəhid abidəsinə çırpıldı - VİDEO

Sumqayıtda minik avtomobili şəhid abidəsinə çırpılıb.
Hadisə dünən axşam saatlarında şəhərin 6-cı mikrorayon ərazisində baş verib.

“Chevrolet Cobalt” markalı minik avtomobilinin şəhid abidəsinə çırpılması nəticəsində həm nəqliyyat vasitəsinə, həm də tikiliyə zərər dəyib.

Xəsarət alan olmayıb./Qafqazinfo/



Bakunews.tv
Son xəbərlər