SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb

12.08.2022 13:24 357
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.

bakunews.tv-nun report-a istinadən əldə etdiyi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Hazırda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti bakunews.tv-ya report-a istinadən faktı təsdiqləyib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?