Hadisə / Video
424
8-07-2022, 19:08

DSX-dan hava limanındakı sıxlığa MÜNASİBƏT - VİDEO

Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.

DSX-dən Gundem.az-a bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.

Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb.

Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər