Hadisə
331
22-08-2022, 13:03

Ötən gün dənizdə 10 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

bakunews.tv-ya fhn-ə istinadən verilən məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 95 yanğına çıxış və 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edilib, 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

bakunews.tv
Son xəbərlər