SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Şirvanda bir nəfər özünü Kürə atdı

Şirvanda bir nəfər özünü Kürə atdı

03.09.2022 13:56 432
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.


bakunews.tv apa-ya istinadən bildirir ki, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Muğan" dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?