SON DƏQİQƏ
Bakunews.tv » Hərbi » Ermənilərin mina terrorunda həlak olan polis serjantı Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib -

Ermənilərin mina terrorunda həlak olan polis serjantı Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib - FOTO

20.09.2023 12:22 249
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov dəfn olunub.

“Report”un yerli bürosu xəbər verir ki, onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, Daxili İşlər Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbəri necə qiymətləndirirsiniz?