İdman
344
18-07-2022, 18:02

"Milan" İbrahimoviçlə müqaviləni uzadıb

İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlayıb.

bakunews.tv
"qırmızı-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, isveçli hücumçu ilə sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. Qolçu yenə 11 nömrəli formanı geyinəcək.

Oktyabrın 3-də 41 yaşı tamamlanacaq forvard "Milan"da ilk dəfə 2010 - 2012-ci illərdə forma geyinib. O, komandaya 2020-ci ilin yanvarında qayıdıb.

İbrahimoviç klubun heyətində ümumilikdə 158 oyuna 92 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu İtaliya Super Kubokunu və iki dəfə ölkə çempionluğunu əldə edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər