İdman / Video
615
3-07-2024, 09:12

İlahi müdaxilənin - Görüntüsü

Ç-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib.

O, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu “İlahi müdaxilə” adlandırıb.

Sözügedən ifadə sosial şəbəkələrin Türkiyə seqmentində də maraqla qarşılanıb.

Oyunun taleyini həll edən həmin anın görüntüsünü təqdim edirik:

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər