Yoldaşlıq oyunu: Türkiyə səfərdə Almaniyanı məğlub etdi - VIDEO
AVRO-2024-ün final mərhələsində vəsiqəni vaxtından əvvəl təmin edən Türkiyə millisi yoldaşlıq oyunu keçirib.
Səfərdə Almaniya millisinin qonağı olan “Ay ulduzlular” 2:3 hesabı ilə qalib gəliblər. Matçda hesabı beşinci dəqiqədə Kay Havertz açıb. Ferdi Kadıoğlu 38-ci dəqiqədə hesaba tarazlıq gətirib. Kənan Yıldız 45+2-ci dəqiqədə Türkiyəni önə çıxarıb. Nikla Fullkriq 49-cu dəqiqədə hesabı 2:2 edib. Yusuf Sarı isə 70-ci dəqiqədə penaltidən komandasının qələbə topunu vurub.