SON DƏQİQƏ
Bakunews.tv » İdman » Azərbaycan idmançılarından beynəlxalq turnirdə uğur – İki medal

Azərbaycan idmançılarından beynəlxalq turnirdə uğur – İki medal

03.11.2026 17:27 2
Azərbaycan taekvondoçuları Serbiyanın paytaxtı Belqradda keçirilən “Serbia Open 2026” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.
Bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilər arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Həşim Maqomedov bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb.

Qadınların yarışında isə 46 kiloqram çəki dərəcəsində çıxış edən Minayə Əkbərova bürünc medal qazanıb.

Oktyabrın 31-dən noyabrın 1-dək davam edən turnir Belqraddakı Ranko Jeraviça adına arenada təşkil olunub.

Yarış Ümumdünya Taekvondo Federasiyasının (World Taekwondo) rəsmi G-1 reytinq statusuna malikdir və Avropanın nüfuzlu turnirlərindən biri hesab olunur.

Denmedia.az

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?