SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO

Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO

03.11.2026 17:28 1
Nizami rayonu, Keşlə qəsəbəsində, Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən əsas su xəttində 1 ildən çoxdur ki, ciddi nasazlıq mövcuddur. Ərazidəki borulardan sızan tonlarla içməli su hər gün küçələrə axaraq boşa gedir və açıq-aşkar israfçılığa səbəb olur.
Bizimesr.info xəbər verir ki, sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem günümüzədək həll edilməmiş qalır. Ölkə ərazisində su təminatının yaxşılaşdırılması və su resurslarının qorunması ilə bağlı bəyanatlar verilsə də, reallıqda bu cür kütləvi israfçılıq hallarına göz yumulması və illərdir nasaz qalan infrastruktur ciddi narazılıq doğurur. Oxşar hallara ölkənin müxtəlif ərazilərində də tez-tez rast gəlinir.
Yaranmış acınacaqlı vəziyyətlə bağlı vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun fəaliyyətsizliyi kimi qiymətləndiriblər.
Həmçinin bu günlərdə ADSEA-nın "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru vəzifəsinə təyin edilən Arif Mərdanovun da sözügedən problemi görmək istəmir.
Bizimesr.info

VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/keslede-1-ilden-coxdur-su-xetti-desikdir----zaur-mikayilov-tonlarla-icmeli-suyu-kuceye-axidir---video-24105

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?