SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Eks-deputatın şirkəti Bakının mərkəzində məhkəmə qərarlarına meydan oxuyur

Eks-deputatın şirkəti Bakının mərkəzində məhkəmə qərarlarına meydan oxuyur

03.11.2026 16:52 2
Bakı şəhərinin mərkəzində, Nəsimi rayonu ərazisində hüququn və qanunun aliliyini açıq-aşkar hədəfə alan növbəti özbaşınalıq faktı baş verir.
Musavat.com xəbər verir ki, məhkəmə instansiyalarının qəti qərarları deputat Əsabil Qasımovun "Vialon" şirkətinə verilmiş sərəncam ləğv olunub. Buna baxmayaraq, şirkət rəsmiləri paytaxtın mərkəzində paytaxt sakinlərinin və qanunvericiliyin üzərinə sədd çəkməkdə davam edir.

Məhkəmə "dayan" deyir, şirkət isə "at oynadır"

Məsələnin hüquqi tərəfi tamamilə aydındır və heç bir şübhəyə yer qoymur. Başlanğıcda Bakı Şəhər İcra Hakimiyyətinin Nəsimi rayonu ərazisində torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı "Vialon" şirkətinə verdiyi sərəncam qanunazidd hesab olunub. Bakı İnzibati Məhkəməsi tərəfindən çıxarılan qərarla icra hakimiyyətinin həmin sərəncamı qeyd olunan ünvan üzrə etibarsız hesab edilib. Daha sonra işə baxan yuxarı instansiya məhkəmələri – Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi də qərarı qüvvədə saxlayıblar. Bununla da hüquqi müstəvidə "Vialon" şirkətinin həmin ünvana - Ağdaş Qurbanon küçəsi 23 ünvanına aid olan sahə üzrə hər hansı bir hüququ və ya səlahiyyəti qalmayıb. Lakin reallıqda şirkət məhkəmənin möhürünü, qanunun tələbini heçə sayaraq öz "qanunlarını" diktə edir. Yəni paytaxtın mərkəzi küçələrindən birində – Ağadadaş Qurbanov küçəsi 23 ünvanında yaşananlar məhkəmə qərarlarına açıq hörmətsizlikdir.

Hüquqi əsası olmayan, məhkəmə tərəfindən ləğv edilmiş bir sənədə əsaslanaraq başqasının torpağında və ya dövlət torpağında hasar çəkmək, vətəndaşların gediş-gəlişini məhdudlaşdırmaq və ən əsası, məhkəmə qərarına baxmayaraq hasarı sökməkdən imtina etmək əsl özbaşınalıq nümunəsidir. Şirkət nümayəndələri sanki ölkədə qanunların deyil, gücün və toxunulmazlıq mifi üzərində qurulmuş maraqların işlədiyini nümayiş etdirirlər.

Əgər Ali Məhkəmə bir şirkətin ərazidə heç bir hüququ olmadığını təsdiq edibsə, o zaman həmin hasar dərhal sökülməli, ərazi ilkin vəziyyətinə qaytarılmalıdır. Lakin "Vialon" şirkəti nümayişkaranə şəkildə hasarı sökmür. Aidiyyəti dövlət qurumları, xüsusilə də məhkəmə qərarlarının icrasına nəzarət edən qurumlar bu açıq-aşkar qanunsuzluğa son qoymalı, Ali Məhkəmənin qərarının qeyd-şərtsiz icrasını təmin edərək həmin hasarı dərhal sökməlidirlər!

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?