İdman
381
13-08-2022, 20:34

"Qarabağ" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

bakunews.tv report-a istinadən xəbər verir ki, günün ilk matçında ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

"Kapital Bank Arena"dakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, "gənclik şəhəri" təmsilçisi iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün digər oyununda "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

bakunews.tv
Son xəbərlər