İdman
321
30-07-2022, 21:00

Ronaldodan Hauya cavab: “Faktlar...”

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “Nyukasl”ın baş məşqçisi Eddi Hauya cavab verib.

bakunews.tv apasport.az-a istinadən xəbər verir ki, mütəxəssis portuqaliyalı ulduzun İngiltərədən getməsini istədiyini açıqlayıb.

O, belə arzuda olmasını da əsaslandırıb: “Ümid edirəm ki, Kriştiano İngiltərə Premyer Liqasında qalmayacaq. O, çox qol vurur. Mən ona qarşı oynamamağa üstünlük verərdim”.

Tanınmış cütlük rəsmən BOŞANDIİlon Maskın atasının ögey qızından uşağı oldu - FOTOÖzündən 42 yaş kiçik sevgilisi ilə evləndi

Ronaldo instaqramda bu fikirlərə qısa reaksiya verib: “Faktlar?”.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında çıxış etməyən klubda oynamaq istəmədiyindən Mançester təmsilçisindən ayrılmağa can atır.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər