İdman
8
27-05-2025, 19:25

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı bəlli oldu

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib.
Bakunews.tv xəbər verir ki, bu raundda ilk olaraq İngiltərə və Bolqarıstan seçmələri üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (3:1) ingilislər növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Azərbaycan - Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.

08:00

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə dörd görüşlə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Azərbaycan Rumıniya ilə, Fransa isə Mavritaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

27 may

Minifutbol üzrə dünya çempionatı

1/8 final mərhələsi

Saat 17:30, İngiltərə - Bolqarıstan;

Saat 19:00, Portuqaliya - Macarıstan;

Saat 20:30, Azərbaycan - Rumıniya;

Saat 22:00, Fransa - Mavritaniya.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər