İdman
16
7-01-2026, 18:49

"Turan Tovuz"un hücumçusu komandası ilə vidalaşdı

"Turan Tovuz"dan Yaponiyanın "Kyoto" komandasına transfer olunan braziliyalı futbolçu Aleks Souza klubu ilə vidalaşıb.

"Bu gün karyeramda mühüm bir fəsli başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə "Turan Tovuz"a çox minnətdaram. Hər zaman yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübə, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm", - deyə 24 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, Aleks Souza 2024-cü ilin yanvarından "Turan Tovuz"da çıxış edirdi. O bu müddət ərzində 70 oyuna çıxıb və 20 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bakunews.tv
Son xəbərlər