SON DƏQİQƏ
Bakunews.tv » İdman » Niderlandlı futbolçu "Şəfa"da

Niderlandlı futbolçu "Şəfa"da

09.07.2026 17:46 63
"Şəfa" növbəti futbolçu transferini reallaşdırıb.

Bakı təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mertens son olaraq ölkəsində "Telstar"ın üzvü olub. O, karyerası ərzində Niderlandın "TOP Oss" və "Volendam" komandalarının formasını geyinib.

D.Mertens eyni zamanda Rusiyanın "Fakel" (Voronej), Bolqrasıtanın "Botev" (Plovdiv) və "Sarsko Selo" klublarında legioner həyatı yaşayıb.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?