İdman
343
11-08-2022, 20:50

"Qarabağ"a görə "Viktoriya"nın oyunu təxirə salındı

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın Çexiya çempionatındakı oyunu təxirə salınıb.

Plzen təmsilçisi yerli futbol liqasına müraciət edərək 4-cü turda avqustun 20-də "Zbroyovka" ilə oynanılmalı olan matçın başqa vaxta keçirilməsini istəyib.

"Viktoriya"nın avqustun 16-da "Qarabağ"la Bakıda oyununun olmasını nəzərə alınaraq klubun müraciəti müsbət cavablandırılıb. Çempionat qarşılaşması üçün biletlərin satışı dərhal dayandırılıb.

Qeyd edək ki, "Viktoriya"nın "Qarabağ"la ilk oyunu avqustun 17-də Bakıda, cavab matçı isə avqustun 23-də Plzendə keçiriləcək.\\milli.az\

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər