İdman
341
14-08-2022, 00:18

"Qarabağ"ın hücumçusu Türkiyə klubunun hədəfində - ÖZƏL

"Qarabağ" klubunun hücumçusu İbrahima Vaci komandanı tərk edə bilər.

27 yaşlı seneqallı forvardla Türkiyənin "Giresunspor" klubu maraqlanır.

bakunews.tv offsideplus.az-a istinadən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Vacinin qış transfer pəncərəsində satılmasına razılıq verib.

Bununla belə, "Qarabağ" hazırda hücum xəttinə axtarışları davam etdirir.

Bir neçə gün əvvəl "atlılar"ın Macarıstan "Fehervar"ının gürcüstanlı hücumçusu Budu Zivzivadze ilə maraqlandığına dair xəbərlər yayılmışdı. Lakin ağdamlıların mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında onun "Qarabağ"ın transfer hədəfində olmadığını bildirmişdi.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər