SON DƏQİQƏ
Bakunews.tv » İdman » Bədii gimnastika üzrə yığmamız dünya çempionatına yola düşdü - FOTO

Bədii gimnastika üzrə yığmamız dünya çempionatına yola düşdü - FOTO

11.09.2022 16:48 381
Bədii gimnastika üzrə Azərbaycan yığması Sofiyada (Bolqarıstan) keçiriləcək dünya çempionatına yola düşüb.


bakunews.tv trend-ə istinadən xəbər verir ki, 2022-ci il sentyabrın 14-dən 18-dək Sofiyada bədii gimnastika üzrə 39-cu dünya çempionatı keçiriləcək.

Yarışlarda Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətlərində isə Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan, Zeynəb Hümmətovanın daxil olduğu komanda təmsil edəcək.

bakunews.tv

Məqaləyə dair fotomateriallar:






Xəbəri necə qiymətləndirirsiniz?