SON DƏQİQƏ
Bakunews.tv » İdman » Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri keçirilir

Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turniri keçirilir

21.11.2022 12:54 339
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə 50-dən çox dövlət qurumunun komandasının yarışdığı turnirdə İqtisadiyyat Naziriliyinin komandası da iştirak edir.

Noyabrın 20-də İqtisadiyyat və Energetika nazirliklərinin komandaları arasında keçirilən oyunda İqisadiyyat Nazirliyinin komandası 8:1 hesabı ilə qalib gəlib.

İqtisadiyyat Nazirliyinin komandası noyabrın 26-da keçirəcəyi növbəti oyunda Dövlət Neft Fondunun komandası ilə qarşılaçaq.







bakunews.tv

Xəbəri necə qiymətləndirirsiniz?