SON DƏQİQƏ
Bakunews.tv » İdman » Azərbaycanlı muay-tay ustaları bürünc medal qazanıblar

Azərbaycanlı muay-tay ustaları bürünc medal qazanıblar

26.06.2023 19:33 251
Azərbaycanlı muay-tay ustaları ən azı daha iki bürünc medal qazanıblar.
bakunews.tv xəbər verir ki, Aisa Devrişova (57 kq) 1/4 finalda xorvatiyalı Zelyana Pitesanı 30:26 hesabı ilə məğlub edib. Emili Rzayeva (63,5 kq) isə döyüşsüz yarımfinala yüksəlib. Onun rəqibi fransalı Nora Kornolle müsabiqədən kənarlaşdırılıb. Yalnız Məhəbbət Qumbətov (71 kq) məğlub olub. O, polşalı Yakub Rayevskiyə uduzub - 28:29.
Beləliklə, Azərbaycanın üç təmsilçisi sabah yarımfinalda iştirak edəcək. Xatırladaq ki, bundan əvvəl Xəyal Əliyev (67 kq) 1/4 final döyüşündə qalib gəlib.
Xəbəri necə qiymətləndirirsiniz?