İdman
211
15-08-2023, 18:36

Villi Qrill: “Çempionat dünya, o cümlədən Azərbaycan üçün böyük hadisədir”

“Burada olmaq mənim üçün böyük şərəfdir. Dünya Çempionatı tək Azərbaycan üçün yox, bütün dünya üçün böyük hadisədir. Bakıda olmaqdan məmnunam”.

bakunews.tv xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill deyib.

O, Dünya Çempionatında yeni qaydanın olmayacağını bildirib:

“Format əvvəlki kimi qalır. Tokio Olimpiadası ilə müqayisədə hər hansı yeni qayda tətbiq olunmayacaq. Atletlər onları nələrin gözlədiyini bilirlər. Hər şey əvvəlki qaydada keçiriləcək. Kiçik dəyişiklik də etməmişik”.
Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər