Lionel Messi "İnter Mayami"də növbəti qolunu vurub.
bakunews.tv xəbər verir ki, Messi MLS + MX Liqa Kubokunun yarımfinalında "Filadelfiya Union"a qarşı matçda komandasının 2-ci qolunun müəllifi olub. O, 30 metrdən qapıya yol tapıb. Beləliklə o, Amerika təmsilçisində ümumilikdə 9-cu (6 oyuna) qolunu vurub və klubun bombardirlər siyahısında 3-cü pilləyə yüksəlib.