SON DƏQİQƏ
Bakunews.tv » İdman » Səbinə Əliyeva beynəlxalq Qran-Pridə iştirak edəcək

Səbinə Əliyeva beynəlxalq Qran-Pridə iştirak edəcək

29.08.2023 19:29 226
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva avqustun 30-da Avstriyanın Linz şəhərində keçiriləcək ISU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edəcək.
bakunews.tv xəbər verir ki, idmançı və məşqçi Vitali Novikov bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan sözügedən ölkəyə yola düşüblər.

Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.
Xəbəri necə qiymətləndirirsiniz?