İqtisadiyyat
377
18-08-2022, 10:27

Əhalinin gəlirləri açıqlandı

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən bakunews.tv-ya qaynarinfo-ya istinadən bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb.

Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.

bakunews.tv
Son xəbərlər