SON DƏQİQƏ
Bakunews.tv » İqtisadiyyat » Azərbaycan "ADEX 2022"də səyyar pilotsuz müşahidə kompleksini təqdim etdi - FOTO

Azərbaycan "ADEX 2022"də səyyar pilotsuz müşahidə kompleksini təqdim etdi - FOTO

07.09.2022 15:08 346
Azərbaycan "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və "Securex Caspian" 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində "Bayquş" səyyar pilotsuz kompleksi təqdim edib.


bakunews.tv trend-ə istinadən xəbər verir ki, kompleks "Gürzə" döyüş maşınında quraşdırılıb.

Operativ-taktiki pilotsuz kompleks Müdafiə Sənayesi Nazirliyi və "Deftech" özəl şirkəti tərəfindən yaradılıb.

Bu sistem 24 saat boyunca 100 metr məsafədə kəşfiyyat əməliyyatı aparmağa qadirdir. Dron 30-40 kvadrat kilometr məsafədə daim nəzarət edə bilər.

bakunews.tv

Məqaləyə dair fotomateriallar:

Xəbəri necə qiymətləndirirsiniz?