SON DƏQİQƏ
Bakunews.tv » Maraqlı » Xoruzu məhkəməyə verdilər

Xoruzu məhkəməyə verdilər

10.08.2022 12:27 361
Almaniyada xoruz çox banladığı üçün cinayət məsuliyyətinə cəlb edilib.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Bad Zalsuflen şəhərində yaşayan Fridrix Vilhelm və həyat yoldaşı Cutta, qonşuları Mayklın xoruzunun səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə banladığını bildiriblər. Bu, qonşulara "işgəncə" kimi görünüb və onlar xoruzdan məhkəməyə şikayət ediblər.

76 yaşlı cütlük Maqda adlı xoruzun evdən çıxarılmasını istədiklərini bildiriblər. Yaşlı cütlük məhkəməyə sübut təqdim etmək üçün xoruzun hər banlamasını qeydə alıb.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?