SON DƏQİQƏ
Bakunews.tv » Olay » Kürəkəni tərəfindən 57 yaşlı şəxsə xəsarət yetirilib -

Kürəkəni tərəfindən 57 yaşlı şəxsə xəsarət yetirilib - Cinayətdə şübhəli şəxs saxlanıldı

08.06.2023 19:10 380
İyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-ci il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bakunews.tv-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, A.A-nın keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?