SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

26.03.2025 16:10 117
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl - Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!".
Xəbəri necə qiymətləndirirsiniz?